Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan, ləğv edilmiş "Yunayted Kredit Bank" ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.
Qeyd edək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham edilib.
Xatırladaq ki, 2016-cı ildə "Yunayted Kredit Bank" ASC-nin lisenziyası ləğv olunub.
Bizim.Media