Livanı tərk etməklə əlaqədar çağırışlara görə insanlar ölkəndən kütləvi köç etməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, hava limanlarında böyük sıxlıqlar müşahidə olunan videolar yayılıb.
Qeyd edək ki, daha öncə İsrail Livan sərhədlərinə hərbi xəbərdarlıq edib. İran və ona bağlı proksi qüvvələri isə HƏMAS lideri İsmayıl Haniyənin qisasını alacağı barədə anonslar yayıblar.
Buna görə də Azərbaycan XİN də daxil olmaqla bir çox ölkələr öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Bizim.Media