Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN

Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN

Hazırda oxunan: Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN

204710

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə oluğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ: Aldadıla bilərsiniz - VİDEO


Belə olan halda, kirayə qiymətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, hazırda  kirayə evlərin qiymətləri stabildir. 

“Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib”.

Evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq.

"Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır", - deyə müsahibimiz bildirib.

Ramil Qasımzadə COP29-un kirayə qiymətlərinə təsiri barəsində də öz münasibətini bildirib:

“COP29 zamanı isə otellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək".

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO