“Neftçi”nin istədiyi forvard öz klubunda qaldı

“Neftçi”nin istədiyi forvard öz klubunda qaldı

Hazırda oxunan: “Neftçi”nin istədiyi forvard öz klubunda qaldı

204526

Polşanın “Visla” (Krakov) klubunun ispaniyalı hücumçusu Anxel Rodadonun "Neftçi"yə keçidi baş tutmayacaq.

Bizim.Media xəbər verir ki, bir neçə gündür Polşa mətbuatı ispaniyalının “ağ-qaralar”la müqavilə imzalayacağını iddia edirdi. 

Lakin ispaniyalı forvard Krakov təmsilçisi ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb. Klubun mətbuat xidməti isə məsələ ilə bağlı belə açıqlama verib:

“Bizimlə qalmağına görə şadıq”.

Xatırladaq ki, Rodado “Malyorka B”, “İbiza”, “Barselona B” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Visla”ya keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO