Babək rayonunda ərzaq mağazasında yararsız kolbasa məhsulları AŞKARLANDI - FOTO

Babək rayonunda ərzaq mağazasında yararsız kolbasa məhsulları AŞKARLANDI - FOTO

Hazırda oxunan: Babək rayonunda ərzaq mağazasında yararsız kolbasa məhsulları AŞKARLANDI - FOTO

204509

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunun Badaşqan kəndində fəaliyyət göstərən ərzaq mağazasında plandankənar yoxlama həyata keçirilib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. 
 

Belə ki, bəzi qida məhsullarının mağazanın xaricində birbaşa günəş şüaları təsiri altında saxlanıldığı, bir ədəd “Bizim dana” və 9 ədəd “Ovçular” əmtəə nişanlı yarımhisə verilmiş kolbasa məhsullarının yararlıq müddətinin bitdiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.


Aşkar olunan uyğunsuzluqlarla bağlı mağaza rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO