Pandemiyanın tək qalibi – Çin hər şeydən xəbərdar idi? 

Pandemiyanın tək qalibi – Çin hər şeydən xəbərdar idi? 

Hazırda oxunan: Pandemiyanın tək qalibi – Çin hər şeydən xəbərdar idi? 

20420

Covid-19 pandemiyası dünyanı ağuşuna aldıqdan sonra dünya iqtisadiyyatında böyük geriləmələrə səbəb olub. 1 ildən çox davam edən bu müddətdə inkişafa nail olan tək ölkə isə məhz virusun meydana çıxdığı Çindir.

Aparılan iqtisadi hesablamalar, Çin iqtisadiyyatının 2021-ci ilin ilk rübündə yüksək artım tempinə nail olaraq 18,3% inkişaf nümayiş etdirdiyini müəyyən edib. Belə ki, Çin ÜDM-in bu böyüməsi 1992-ci ildən sonra ölkə iqtisadiyyatındakı ən yüksək artım göstəricisi hesab olunur.

İxrac həcminə görə isə Çin rekord irəliləməyə nail olmağı bacarıb. Ötən ilin müfaviq göstəricilərinə nisbətdə bu ilin ilk rübü üçün açıqlanan məlumatlara görə xarici ixrac həcmində 30% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin mart ayının göstəricilərinə görə ixrac həcmi 185,15 milyard dollar olan Çində, bu ilin  müfaviq göstəricisi 241,13 milyard dollar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bütün pullar Çinə gedir. Buna kim cavab verəcək?” – Rusiyalı jurnalist yazır


Həmçinin Çin məhsullarının əsas ixrac olunduğu ölkələr də məhz ABŞ və Avropa ölkələridir. Covid dönəmində Çinin inkişafı tək iqtisadiyyatla yekunlaşmayıb.

Ötən 1 il ərzində hərbi sənayesini daha da inkişaf etdirməyə nail olub. Həmçinin kosmik araşdırmaları inkişaf etdirən Çin, fəzada öz kosmik stansiyasını yaratmaq yolunda mühüm addımlar atıb və Ayın qaranlıq tərəfinə ekspedisiyalar təşkil etməyə başlayıb.

Qeyd edək ki, “Covid-19”un səbəb olduğu qapanmalardan sonra 6,8% geriləmə nümayiş etdirən Çin iqtisadiyyatının 1 ildən daha qısa müddətdə bu qədər artıma nail olmasını inkişaf möcüzəsi kimi xarakterizə edənlər də az deyil. Pandemiyadan sonra “restart” edən Çinin iqtisadi inkişafının daha böyük sürətlə davam edəcəyi ehtimal olunur.

Lakin əhali sayına görə dünya lideri olan ölkənin pandemiyaya bu qədər erkən qalib gələrək, bu həcmdə inkişafa nail olması bütün dünyada virusun Çinin proyekti olması fikirlərini ortaya çıxarıb. Bir çox mütəxəssislərin fikrincə, virus rəsmi Pekinin açıqladığı kimi heyvanlardan insanlara yoluxmayıb, Çin tərəfindən labaratoriyalarada hazırlanıb. Həmçinin yeni virusla bağlı informasiyanın dünya ictimaiyyətinə gec çatdırılması bu şübhələri daha da gücləndirən arqumentlərdəndir. 

Bu cür iddialar yalnız adi insanlar tərəfindən irəli sürülmür, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da pandemiyanın yaradıcısı olaraq Çini ittiham etmiş və “Covid-19”u “Çin virusu” adlandırıb.

Ümumilikdə isə, günümüzdəki vəziyyətə nəzər saldıqda görə bilərik ki, pandemiyadan ən çox fayda əldə edən Çin olub. Ən çox yoluxma və ölüm sayına malik ABŞ-ın bilərəkdən bu virusun yayılmasına səbəb olması ehtimalı isə aşağı ehtimal kimi görünür. Lakin cinayətkara və onun cəzasına zaman qərar verəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO