“Araz-Naxçıvan” “Qarabağ”la oyuna 1 itki ilə hazırlaşır

“Araz-Naxçıvan” “Qarabağ”la oyuna 1 itki ilə hazırlaşır

Hazırda oxunan: “Araz-Naxçıvan” “Qarabağ”la oyuna 1 itki ilə hazırlaşır

204187

Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər.

Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra ediblər.

Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Komanda “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq. Oyuna giriş sərbəst olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO