Sloveniya Baş naziri Yanez Yanşa, seçkinin nəticələrini gözləməyərək Donald Trampı təbrik edib.
Bizim.Media “Euronews”-a istinadən bildirir ki, nazir “Twitter” hesabında Trampa təbrik ünvanlayıb:
“Amerika xalqının növbəti 4 il üçün də Donald Trampı və Mayk Pensi seçəcəyi açıq-aydındır. Seçkinin nəticələri həm gecikir, həm də təhrif olunur. ABŞ tarixindəki rekord nəticələrə görə Respublikaçılar Partiyasını təbrik edirəm.”
O həmçinin qeyd edib ki, ABŞ seçkiləri hazırda dalana dirənib və yüz minlərlə səsin sayılması hələ də davam edir. Əsas əyalətlərdə nəticə bəlli deyil.
Səkinə Yusibli, Bizim.Media
![Sloveniya Baş naziri Trampı təbrik etdi Sloveniya Baş naziri Trampı təbrik etdi](https://bizim.media/file/articles/2020/11/05/1604563169_45.jpg)
- A-
- A
- A+
Dünya
11:55 / 05.11.2020
Sloveniya Baş naziri Trampı təbrik etdi
Hazırda oxunan: Sloveniya Baş naziri Trampı təbrik etdi
Hazırda oxunan: Sloveniya Baş naziri Trampı təbrik etdi
2027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.