Mehman Hüseynovu hədələyən

Mehman Hüseynovu hədələyən "parkovşik"i alçaldan polisdir? - DİN-dən AÇIQLAMA - FOTO       

Hazırda oxunan: Mehman Hüseynovu hədələyən "parkovşik"i alçaldan polisdir? - DİN-dən AÇIQLAMA - FOTO       

20249

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir.

Bloqqer bildirib ki, mülkigeyimli, eynəkli, maskasız olan bu şəxs maşınlara nəzarət edən işçinin üstünə (parkovşik) qışqırıb, onu hamının gözü qarşısında alçalda bilib. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.

M.Hüseynovin sözlərinə görə, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO