İnsanları təsir altına salan “DƏLƏDUZLAR” - Travmalarından xilas olmaq istəyənlər niyə onları SEÇİR?

İnsanları təsir altına salan “DƏLƏDUZLAR” - Travmalarından xilas olmaq istəyənlər niyə onları SEÇİR?

Hazırda oxunan: İnsanları təsir altına salan “DƏLƏDUZLAR” - Travmalarından xilas olmaq istəyənlər niyə onları SEÇİR?

202069

Son dönəmlər sosial mediada beyin kodlaması, rituallar və meditasiyalarla insanlara keçmiş travmalarını sağaldacağına və ya uğur, şans gətirəcəyinə söz verən şəxslər çoxalıb. Bu şəxslər müəyyən xidmət müqabilində insanları manipulyasiya edərək, diktə etdikləri meditasiya prosesinə tabe etdirirlər və üsulluca onların beyninə yol tapıb idarəetmələrini həyata keçirirlər. Cəmiyyətin müəyyən kəsimi isə bu proqramlara və prosedurlara inanır.  

Bəs bu şəxslərə inanmaq nə dərəcədə düzgündür?  
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda cadugərlər var ki, insanın ölümünə işləyir” - Ekstrasensdən AÇIQLAMA 


Mövzu ilə bağlı psixoloq Bahar Bəylərova Bizim Media-ya açıqlamasında bildirib ki, cəmiyyətin bu proqramlara qoşulmasının səbəbi bilgisizlikdən qaynaqlanır. 

“Psixologiyanı anlayan, elmlə maraqlanan insanları siz heç cür bu şeylərə inandıra bilməzsiniz. Az məlumatı olanlarsa, elmə əsaslanmayan hər şeyə inanırlar.

Çox təəssüf ki, bu cür marafon və proqramlar Azərbaycanda geniş yayılıb. Belə marafonlara qoşulub müxtəlif tapşırıqları icra etməklə bolluq-bərəkət və ya şans qazanacağına inanan insanlar təəssüf ki, çoxdur. İnsanlar  bir şeyi anlamalıdırlar ki, hər hansı ritualları yerinə yetirməklə problemlər yoluna düşməyəcək.

Əgər fərqindəlikli həyatınız yoxdursa, siz nə üçün çalışırsınız, nə üçün qazanırsınız, qazandığınızı hara xərcləmək istəyirsiniz, sizin məqsədiniz nədir, siz necə bir insansınız – bu sualların cavabını müəyyən etmədən, doğru həyat istiqaməti, rotası müəyyən etmədən  və üzərinizdə çalışmadan istəklərinizin  həyatınıza gəlməsi mümkün deyil. Düzdür, inanmaq istəklərimizi həyatımıza çəkir, amma bu tam olaraq belə deyil. İnanmaq əldə etməyin 50 faizidir, amma 50 faizi də istədiyimiz həyat üçün məqsədyönlü və disiplinli çalışmaqdır”.

Psixoloq bu yollarla keçmiş travmalarından xilas olmaq istəyənlərə də müraciət edib:

“Əgər keçmiş travmalarımızdan, bizi incidən şeylərdən xilas olmaq istəyiriksə, sosial mediada gördüyümüz aldadıcı marafonlara qoşulmaq əvəzinə, təhsilli və təcrübəli psixoloqlara müraciət etməli və düzgün şəkildə sağalmalıyıq”.

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO