Bakıda köhnə avtobuslar nə vaxt yenilənəcək? - VİDEO

Bakıda köhnə avtobuslar nə vaxt yenilənəcək? - VİDEO

Hazırda oxunan: Bakıda köhnə avtobuslar nə vaxt yenilənəcək? - VİDEO

202035

Bakının ictimai nəqliyyatında hələ də istismar müddətini başa vurmuş avtobuslar fəaliyyət göstərir..

Bizim.Media xəbər verir ki, gedişhaqqının artırılmasına baxmayaraq, sərnişindaşımada keyfiyyət hələ də normal vəziyyətə gəlməyib.

Şəhərin mərkəzindən paytaxtın ətraf kənd və qəsəbələrinə fəaliyət göstərən bəzi avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermir.

Məsələn, 8-ci kilometr bazarından Sabunçu rayonunda yerləşən Şuşa qəsəbəsi və əks istiqamətdə fəaliyyət göstərən 214 nömrəli avtobuslar istismar müddətini çoxdan başa vurub.

Sərnişinlər deyirlər ki, avtobusların şəraiti ilə yanaşı, havalandırma siteminin də olmaması onların gedişinə çətinlik yaradır. Bu səbəbdən də xəttə daha müasir avtobusların buraxılmasını istəyirlər.

Bəzi sərnişinlər isə sözügedən avtobusların dayanacağındakı yüələmə aparatlarının olmamasından narazıdırlar.

Elə sürücülər də avtobusların komfortlu və daha müasirləri ilə dəyişdirilməsinin lazım olduğunu bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  bildirildi ki, 214 nömrəli marşrut üzrə 18 ortatutumlu avtobus 5-7 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrut xətti üzrə günün pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı bəzi hallarda hərəkət cədvəlinin pozulmasına səbəb olur. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, sərnişin tələbatı nəzərə alınaraq nəqliyyat vasitələrinin sayının artırılması və yenilənməsi barədə tapşırıq verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO