AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdi - VİDEO

AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdi - VİDEO

Hazırda oxunan: AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdi - VİDEO

202011

İngiltərə millisinin azarkeşləri AVRO-2024-ün finalında baş tutacaq İspaniya ilə oyun ərəfəsində Berlinin mərkəzində qəza törədiblər.

Bizim.Media  TASS-a istinadən xəbər verir ki, sərxoş fanatlar əyləndikləri barın yanında eksponat kimi dayanan köhnə alman avtomobilini itələyərək yolun kənarına yuvarlayıblar.

Azarkeşlərin hərəkəti nəticəsində başqa bir avtomobillə toqquşma baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO