ABŞ-ın Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu "sui-qəsd cəhdi" kimi təsnifatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədirlər. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı ona atəş açılıb.
Bizim.Media