Millimiz Avropa çempionatının finalına vəsiqə QAZANDI - FOTO

Millimiz Avropa çempionatının finalına vəsiqə QAZANDI - FOTO

Hazırda oxunan: Millimiz Avropa çempionatının finalına vəsiqə QAZANDI - FOTO

201918

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, qızlarımız yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər. 

Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, Albaniya yığması üzərində 92-62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib. 
Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO