Türkiyədə saxlanılan fenomen cütlüklə bağlı YENİ DETALLAR  

Türkiyədə saxlanılan fenomen cütlüklə bağlı YENİ DETALLAR  

Hazırda oxunan: Türkiyədə saxlanılan fenomen cütlüklə bağlı YENİ DETALLAR  

201824

Türkiyədə bir neçə ay öncə istintaqa cəlb edilən sosial şəbəkə fenomeni Neslim Güngen və həyat yoldaşı İnanç Güngen haqqında yeni detallar məlum olub. 

Bizim.Media xəbər verir ki, daha 42 şübhəli şəxs Küçükçekmece Prokurorluğuna gətirilib. 

Bununla da təqsirləndirilənlərin sayı 65-ə çatıb. İlin əvvəlində sosial şəbəkə fenomenləri ilə bağlı aparılan araşdırmada Güngen cütlüyünün 50-dən çox gözəllik mərkəzləri və həmin mərkəzlərdə ölkənin Səhiyyə Nazirliyində qeydiyyatda olmayan cihazların işlədildiyi aşkar edilib. Gözəllik mərkəzlərindən 700-ə yaxın şikayət qeydə alınıb. 

Xatırladaq ki, istintaq çərçivəsində Güngen cütlüyünün mülklərinə tədbir olaraq həbs qoyulmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polad polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO