Cennifer və Ben rəsmi olaraq 68 milyonluq villalarını SATIŞA ÇIXARDILAR

Cennifer və Ben rəsmi olaraq 68 milyonluq villalarını SATIŞA ÇIXARDILAR

Hazırda oxunan: Cennifer və Ben rəsmi olaraq 68 milyonluq villalarını SATIŞA ÇIXARDILAR

201780

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez və əri, Hollivud akryoru Ben Afflek cütlük kimi yaşadıqları Beverli Hillsdəki malikanələrini rəsmən əmlak bazarına satışa çıxarıblar.

Bizim.Media xəbər verir ki, bu yaxınlara qədər daşınmaz əmlak saytında “mülk satılmır” qeyd edilirdisə, indi hər kəs evə baxış keçirməyə dəvət olunur.

Evin dəyəri 68 milyon dollardır. Göründüyü kimi, 54 yaşlı Lopez və 51 yaşlı Ben evliliklərindəki problemləri həll edə bilməyiblər. 

Onlar əvvəllər 12 yataq otağı, 24 vanna otağı olan malikanəni 65 milyon dollara “sakitcə” satmağa çalışsalar da, alıcı tapa bilməyiblər.

Artıq xoşbəxt münasibət qurmaq üçün ikinci cəhdi olan Ben Afflek və Cennifer Lopez (onlar artıq 2000-ci illərdə tanış olmuşdular və hətta evlənmək niyyətində idilər, lakin nişanı pozmuşdular) çoxdan boşanma ərəfəsindədirlər.

Aşıqlər nikahlarını xilas etməyə çalışsalar da bu, onlarda alınmayıb. Cütlüyə yaxın mənbə bildirib ki, Lopez və Afflekin evliliyi "aylar əvvəl pozulub" və artıq birlikdə deyillər.

İddialara görə, Ben boşandıqdan sonra yenidən içki içməyə başlayıb. Boşanmalar fonunda isə Cennifer kəskin şəkildə çəki itirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO