Xırdalanda yaşayış binasında yanğın: 12 nəfər təxliyə olundu

Xırdalanda yaşayış binasında yanğın: 12 nəfər təxliyə olundu

Hazırda oxunan: Xırdalanda yaşayış binasında yanğın: 12 nəfər təxliyə olundu

201447

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onbeşmərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər yanıb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO