Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir? – Vacib DETALLAR  

Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir? – Vacib DETALLAR  

Hazırda oxunan: Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir? – Vacib DETALLAR  

201406

Universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir.

Bəs düzgün ixtisas seçimi etmək üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli Bizim Media-ya açıqlamasında bildirib  ki, abituriyentlər ixtisas seçərkən həmin sahənin gələcəkdəki nüfuzuna diqqət etməlidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu TANINMAYIB 


“Çox təəssüf ki abituriyentlərimizin əksəriyyəti düzgün ixtisas seçimində çətinlik çəkir. Çünki ümumitəhsil müəissələrində şagirdlərə karyera planlaması ilə bağlı xidmət göstərilmir.  Bu səbəblə abituriyentlər bu gün çox çətinliklə üz-üzə qalır. Yaxşı olardı ki, 9-cu sinifdən etibarən bu xidmətlər göstərilsin.  Əksər hallarda abituriyentlər ixtisas seçimi aparan insanların intuisiyasına və onların məsləhətinə uyğun seçim edirlər. Hansı ki, ixtisas seçimi elə bir şeydir ki, abituriyentin gələcəyini müəyyənləşdirir”.

Ekspertin fikrincə, tələbələr daha çox oxumaq istədikləri ixtisasların məzunlarının iş tapma faizinə baxmalıdırlar:

“Buna diqqət eləsələr, ixtisas seçimi onlar üçün daha rahat ola bilər. Əsas məsələ diplom almaq deyil, nüfuzlu ixtisas seçib gələcəkdə iş tapmaqdır. Məsələn, “İqtisadiyyat” və “Mühəndislik” ən çox seçilən ixtisaslar sırasındadır”, deyə Vüsal .

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO