Sumqayıt çimərliyində ifşa edilən özbaşınalıq: İnsanları ölümə aparan lövhə QURAŞDIRILIB - VİDEO

Sumqayıt çimərliyində ifşa edilən özbaşınalıq: İnsanları ölümə aparan lövhə QURAŞDIRILIB - VİDEO

Hazırda oxunan: Sumqayıt çimərliyində ifşa edilən özbaşınalıq: İnsanları ölümə aparan lövhə QURAŞDIRILIB - VİDEO

201291

Yay mövsümü ilə əlaqədar insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar.

Bizim.Media xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən isə bəzi çimərliklərə giriş qadağan edilib. 

Belə ki, sözügedən ərazilərdə "çimmək qadağandır" lövhəsi yerləşdirilib.

Sumqayıt çimərliyində isə dənizin girişində "çimmək qadağandır" lövhəsinin üstü qəsdən qapadılıb.

Bu isə insanların həyatı üçün təhlükə yaradır. Çünki vətəndaşlar bu ərazidə çimməyin qadağan olunmasından xəbərsizdirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, sözügedən lövhə qurumun aidiyyəti xidməti tərəfindən quraşdırılmayıb.

Məlum çimərliyin inzibati cəhətdən ərazisində yerləşdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, əraziyə baxış keçirilib:

"Baxış zamanı ərazidə "çimmək qadağandır" elanına rast gəlinməyib. Araşdırma nəticəsində müəyyən edilib ki, müvafiq qurum tərəfindən ərazidə çimərlik fəaliyyəti göstərilməsinə icazə verilib. Xilasedici mövcuddur və sahibkar çimərlik operatoru kimi fəaliyyət göstərir".

Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO