“Neftçi” İngiltərədən futbolçu transfer edir

“Neftçi” İngiltərədən futbolçu transfer edir

Hazırda oxunan: “Neftçi” İngiltərədən futbolçu transfer edir

201287

Neftçi" növbəti transferini reallaşdırmağa yaxındı. 

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Ceyson Lokilonu "rənglərinə qatmaq" üzrədir. 

Belçikalı futbolçu hazırda İngiltərə Çempionşipində çıxış edən "Hall Siti"yə məxsusdu. Klubunun 25 yaşlı sağ cinah yarımmüdafiəçisinə görə tələb etdiyi təzminatı ölkəmizin ən qocaman komandasının rəhbərliyi qarşılamağa hazırdı. 
Danışıqlar son fazaya daxil olub və transferin baş tutma ehtimalı kifayət qədər yüksəkdi.

Qeyd edək ki, mövsümlərarası fasilədə "Neftçi" daha öncə Emil Səfərov ("Qəbələ") və Edvin Kuçla ("Balkani", Monteneqro) müqavilə imzalayıb.
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO