Vaşinqtonda NATO Sammiti başladı

Vaşinqtonda NATO Sammiti başladı

Hazırda oxunan: Vaşinqtonda NATO Sammiti başladı

201269

Bu gündən ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-ya üzv 32 ölkənin, tərəfdaş ölkələrin və Avropa İttifaqının iştirakı ilə NATO Sammiti start götürür.

Bizim.Media xəbər verir ki, “Ukrayna və trans-Atlantik təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub. 

Həmçinin NATO Baş katibinin iştirakı ilə Müdafiə Sənayesi Forumu keçiriləcək. Günün yekununda NATO-nun 75 illiyinə həsr edilən tədbir olacaq.

Sammit iyulun 11-dək davam edəcək.

Sammitin sonuncu günü NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları və Hind-Sakit okean regionu tərəfdaşları və Avropa İttifaqı nümayəndələri ilə görüş nəzərdə tutulub. 
Həmçinin iyulun 11-də NATO-Ukrayna Şurasının toplantısı keçiriləcək. Toplantıda NATO liderləri və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO