Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb - Ermənistan XİN

Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb - Ermənistan XİN

Hazırda oxunan: Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb - Ermənistan XİN

201267

“Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə açıqlamasında bildirib.

“Mirzoyan-Bayramov arasında rəsmi görüşlə bağlı heç bir razılıq yoxdur”, - Badalyan qeyd edib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin NATO sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO