Dırnaqlardakı xətlər koronavirus simptomu ola bilər - Professordan şok TAPINTI - FOTO

Dırnaqlardakı xətlər koronavirus simptomu ola bilər - Professordan şok TAPINTI - FOTO

Hazırda oxunan: Dırnaqlardakı xətlər koronavirus simptomu ola bilər - Professordan şok TAPINTI - FOTO

20121

Britaniyalı professor Tim Spektora görə, dırnaqlardakı xətlər və ya yivlər koronavirus infeksiyasının əlaməti ola bilər.

Bizim.Media xəbər verir ki, Spektor “Twitter”də koronavirus infeksiyası keçirmiş bir qadının dırnaqlarının fotosunu yayımlayıb.

Onun sözlərinə görə, bu cür xəstələrin dırnaqları tez-tez bərpa olunur, xəstəlik zamanı və ondan sonra böyümənin sərhədi aydın görsənir.

Professor hesab edir ki, böyüyən dırnaq lövhələrində ağ bir zolaq sezilir: “Belə ki, o, gecikmə ilə böyüyür”.

Spektorun fikrincə, bu simptom COVID-19-a yoluxan hər kəsdə görünməyə bilər. Mütəxəssis qeyd edir ki, dırnaqlardakı xətlər zərərsiz də ola bilər, lakin belə görünüş koronavirusla yanaşı qızılca, parotit, diabet və ya dəmir çatışmazlığı xəstələklərinin də əlamətindən xəbər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO