“Spartak”ın sabiq futbolçusunun “Neftçi”yə keçidi alınmadı

“Spartak”ın sabiq futbolçusunun “Neftçi”yə keçidi alınmadı

Hazırda oxunan: “Spartak”ın sabiq futbolçusunun “Neftçi”yə keçidi alınmadı

201195

Rusiyanın gənclər millisinin sabiq futbolçusu Leon Klassen yenidən “Neftçi”nin maraq dairəsinə düşüb. 

Bizim.Media  “Legalbet” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi Azərbaycan klubundan təklif alıb. Bu ayın əvvəlində Moskva “Spartak”ı ilə yeni müqavilə imzalamayan və hazırda azad agent statusu daşıyan Klassenin meneceri digər variantları da nəzərdən keçirmək üçün danışığa fasilə verməyi məqsədəuyğun bilib.

Bundan sonra isə “ağ-qaralar” oyunçudan imtina edib. Klassen hələ ötən il də “Neftçi”nin maraq dairəsində olub. Lakin həmin vaxt tərəflər ortaq məxrəcə gələ bilməmişdilər. 

Qeyd edək ki, “Köln”ün yetirməsi olan Leon Klassen 2022-ci ilin əvvəlindən indiyə qədər “Spartak”da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO