Çin lideri Ukraynada atəşkəsin şərtlərini AÇIQLADI

Çin lideri Ukraynada atəşkəsin şərtlərini AÇIQLADI

Hazırda oxunan: Çin lideri Ukraynada atəşkəsin şərtlərini AÇIQLADI

201121

"Yalnız bütün böyük güclər mənfi enerjidən çox müsbət enerji nümayiş etdirsələr, bu münaqişədə tezliklə atəşkəs əldə oluna bilər", - Si Cinpin vurğulayıb.

“Bütün böyük dövlətlər mənfi enerji deyil, müsbət enerji nümayiş etdirsələr, Ukrayna münaqişəsində atəşkəs əldə oluna bilər. Odur ki, beynəlxalq ictimaiyyət Moskva və Kiyev arasında birbaşa dialoqun və danışıqların bərpası üçün şərait yaratmalı və kömək göstərməlidir”.

Bizim.Media “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bunu Çin lideri Si Tsinpin Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Çini döyüşlərə son qoymaq üçün əsas ölkə adlandırıb:

“Hazırda əsas diqqət üç prinsipə riayət etməkdir: münaqişənin yayılmasının qarşısını almaq, müharibənin genişlənməsinin qarşısını almaq və hər tərəfdən atəşkəs əldə etmək. O cümlədən vəziyyəti mümkün qədər tez həll etmək lazımdır”.

Çin lideri qeyd edib ki, Pekin və Budapeştin münaqişə ilə bağlı səylərinin əsas istiqamətləri üst-üstə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO