Polis Bilgəhdə çətənə kolları yetişdirən şəxsləri SAXLADI - FOTO

Polis Bilgəhdə çətənə kolları yetişdirən şəxsləri SAXLADI - FOTO

Hazırda oxunan: Polis Bilgəhdə çətənə kolları yetişdirən şəxsləri SAXLADI - FOTO

201081

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar.

Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO