Beyləqanda süpürgəçini avtomobil vuraraq öldürdü 

Beyləqanda süpürgəçini avtomobil vuraraq öldürdü 

Hazırda oxunan: Beyləqanda süpürgəçini avtomobil vuraraq öldürdü 

200976

Beyləqanda süpürgəçini avtomobil vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Berdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO