Orbanın Çin səfəri təsdiqləndi - Si Cinpinlə görüşüb

Orbanın Çin səfəri təsdiqləndi - Si Cinpinlə görüşüb

Hazırda oxunan: Orbanın Çin səfəri təsdiqləndi - Si Cinpinlə görüşüb

200954

Çin dövlət başçısı Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda Çinin dövlət başçısı Si Cinpinin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüşdüyü bildirilir.

Qeyd edək ki, Orban iyulun 5-də, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. 

İyulun 6-da Macarıstan lideri Şuşa şəhərində TDT-nin qeyri-rəsmi sammitində iştirak edib.

İyulun 2-də isə o, Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb.

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO