Qlobal iqlim dəyişikliyi göbələklərin mutasiyaya uğrayaraq dərmana davamlı olmasına səbəb olur. Xüsusilə son illərdə temperaturun sürətlə artmasını nəzərə alan ekspertlər bunun qiyamət ssenarisi ola biləcəyini deyirlər.
Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları dünyada artan temperaturun göbələklərin təkamülünə necə təsir etdiyini araşdırıblar.
Tədqiqatçılar aşkar ediblər ki, yüksək temperatur göbələklərin genetik strukturunda dəyişikliklərə səbəb olur ki, bu da onların həm yoluxuculuğunu artırır, həm də dərmanlara davamlı edir.
Mütəxəssislər insanlarda göbələk infeksiyalarının tez-tez baş verdiyini və ciddi sağlamlıq problemlərinə səbəb olduğunu nəzərə alaraq bunun xüsusilə narahatedici olduğunu bildirirlər.
Çindəki xəstəxanalarda apardıqları araşdırmada tədqiqatçılar əvvəllər məlum olmayan göbələk növlərinin meydana gəldiyini və bəzilərinin xüsusilə göbələk xəstəliklərində istifadə edilən antifungal dərmanlara qarşı müqavimət göstərdiyini müəyyən ediblər.
Bu növlərin aqressiv inkişaf etdiyi və 37 dərəcəyə, yəni insan bədən istiliyinə məruz qaldıqda belə immunitet sisteminə davamlı olduğu müşahidə edilib.
“Dərmanların göbələklərə qarşı təsiri azalır”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən həkim Abbas Bağırov bildirib ki, göbələklərin150 mindən çox şərti patogen növləri möcuddur:
“Bunlar məhz qlobal istiləşmənin təsirindən davamlılıqlarını artırmaqdadırlar. Davamlılıqlarını artırmaqla həm yaratdıqları xəstəliklərin gedişatını sərtləşdirirlər, həm də müalicəyə tabe olmaları çətinləşir.
Qlobal istiləşmə ilə bağlı ekoloji sistemdə gedən dəyişikliklər öz növbəsində patogen mikroorqanizmlərin və göbələklərin də hüceyrə strukturlarında müəyyən dəyişiklilər törədir.
Qlobal istiləşmə prosesinə adaptasiya olunan patogen mikroorqanizmlərin və göbələklərin hüceyrə divarındakı kollagen lifləri tədricən qalınlaşır, nəticədə onların daha da dözümlü formaları yaranır. Bu zaman göbələklərə və digər patogen mikroorqanizmlərə qarşı tətbiq olunan dərmanlara qarşı həm həssaslıq azalır, həm də onların yoluxucu xüsusiyyəti daha da sərtləşir.
Göbələklər adətən dəridə, dırnaqlarda, tükün dibində və daxili orqanlarda-selikli qişaların hamısında özünəməxsus zədələnmələr törətməklə hüceyrənin mühit reaksiyasını (pH) da dəyişir”.
Göbələklərin onkoloji xəstəliklərdəki rolu
Abbas Bağırov əlavə edib ki, son zamanların aparılan tədqiqatları təsdiq edir ki, onkoloji xəstəliklərin etiologiyasında ən mühüm faktorlardan biri göbələk xəstəliklərinin olmasıdır:
“Göbələk xəstəlikləri adətən ya birincili, ya da ikincili xəstəlik kimi özünü göstərir. Təəssüf hissi ilə qeyd edim ki, aparılan tədqiqatlar onu göstərir ki, bilavasitə göbələklərin histoloji quruluşunda gedən dəyişikliklər nəticəsində yaranan qalınlaşma və davamlılıq prosesləri onların özlərini mühafizə etmə qabiliyyətini gücləndirir. Bu da müvafiq patologiyalara qarşı aparılan müalicənin effektivliyini azaldır. Üstəlik digər patologiyanın, yəni ikinci xəstəliyin yaranmasına da səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 06.07.2024
Qlobal istiləşmə insan orqanizmində hansı fəsadlara yol açır? – QORXUNC NÜANSLAR
Hazırda oxunan: Qlobal istiləşmə insan orqanizmində hansı fəsadlara yol açır? – QORXUNC NÜANSLAR
Hazırda oxunan: Qlobal istiləşmə insan orqanizmində hansı fəsadlara yol açır? – QORXUNC NÜANSLAR
200549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.