İŞİD-ə maliyyə yardımı göstərən AZƏRBAYCANLILAR - Hökm OXUNDU

İŞİD-ə maliyyə yardımı göstərən AZƏRBAYCANLILAR - Hökm OXUNDU

Hazırda oxunan: İŞİD-ə maliyyə yardımı göstərən AZƏRBAYCANLILAR - Hökm OXUNDU

20032

İŞİD-ə maliyyə dəstəyi göstərməkdə ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə Samir Qurbanov 8 il, Amil Həsənov 7 il, Əflatun Bayramov 7, Babək Məmmədli 7 il, Tehran Qasımov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs edilən Cavid Əmənov, Yusif İmanov, Orxan Qurbanov, Elvin İsmayılov, Şəhriyar Cabbarov və Ələddin İbişov hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu adı çəkilən şəxslərə elan olunmuş ittihamların bir neçə məhkəmə istintaqı dövründə sübuta yetirilməyib.

Məhkəmə iclasında yenə də gərginlik yaşanıb. Təqsirləndirilən şəxslər hökmün ədalətsiz olmasına etiraz ediblər. Dustaqlar arasında yaranan gərginliyə konvoy əməkdaşları müdaxilə edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər iki aya yaxındır aclıq aksiyası etdiklərini və məhkəmənin ədalətli qərar verməsini istəyirdilər.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham irəli sürülüb. ( Yeni Müsavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO