Cümşüd Nuriyev - \

Cümşüd Nuriyev - \"Nəcməddin Sadıkovun giriş-çıxışına qadağa qoyulmalıdır\"

Hazırda oxunan: Cümşüd Nuriyev - \"Nəcməddin Sadıkovun giriş-çıxışına qadağa qoyulmalıdır\"

20031

27 il Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov 44 günlük Vətən müharibəsinin ilk 10 gününə qədər öz vəzifəsini icra edirdi. Lakin oktyabrın 10-da Müdafiə Nazirliyinin saytında N.Sadıkov haqqında məlumatlar birdən-birə yoxa çıxdı. Elə həmin gündən də Nəcməddin Sadıkov özü də qeybə çəkilir.

Zaman-zaman onun haqqında mediada müxtəlif xəbərlər yayılsa da indiyə qədər heç biri öz təsdiqini tapmayıb. Son dəfə Dubayda istirahəti zamanı çəkilən videogörüntüdən sonra isə elə bil qurbağa gölünə daş atılıb. Ona qarşı sürülən ittihamlar da cavabsız qalıb. Sadıkov susmağa üstünlük verir.

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, onun özünün bu ittihamlara cavab verməsini gözləmək sadəlövlükdür.

Çünki 1993-cü ildən bəri Nəcməddin Sadıkovun ayağında bir çox cinayətlər var.

“Konkret olaraq Kəlbəcərin işğal olunmasında onun əleyhinə çox ciddi ittihamlar mövcuddur. Bundan başqa 1994-cü ildə Murov, 2016-ci il Aprel hadisələrində və Azərbaycan ordusuna qarşı törədilən təxrtibatlarda - Tərtər cinayətində onun və bacısı oğlu Ramil Əsgərovun adı çəkilir. Nəcməddin Sadıkov Rusiyanın Azərbaycandakı təhlükəsizlik orqanlarının ən yüksək elitası kimi dəyərləndirilir. Orada Sadıkova çox yüksək qiymət verilir. Təkcə elə Rusiya tərəfindən Maxaçqalada onun “fəaliyyətinə” görə büstü qoyulub. O, Qarabağda Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov kimi bir adamdır”.

Politoloqun sözlərinə görə, Rusiya 20 ildən çox N.Sadıkovun əli ilə Azərbaycan ordusunda min cür təxribatlar törədib:

“Onun üzərində birmənalı olaraq, böyük, dəhşətli hərbi cinayətlər var. Sadıkov, birmənalı şəkildə həbs olunub, törətdiyi hərbi canayətlərinə görə cəzalandırılmalıdır.  Çünki onun Azərbaycana vurduğu ciddi ziyanlar var”.

Sonda C.Nuruyev keçmiş Baş Qərargah rəisinin müəmmalı qalan yeri barədə də söz açıb. Onun sözlərinə görə Rusiyanın himayəsindən istifadə edən Sadıkov hələ ki, rahat şəkildə azadıqda dolana bilir:

“Məndə olan məlumatlara görə hazırda Nəcməddin Sadıkov Bakıdadır. Ancaq dəqiq harada olduğu məlum deyil. Hazırda Nəcməddin Azərbaycanda “Ağanəzərəm, belə gəzərəm” prinsipi ilə yaşayır. Təcili onun ölkədə hərəkətinə və giriş-çıxışına qadağa qoyulmalıdır. Çünki o, uzun illər Azərbaycan ordusunun daxildən zəifləməsi və sındırılması yolunda bütün fəndlərə əl atıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO