Fransada naməlum şəxslər toy zamanı atəş açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Republicain Lorrain məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə iyunun 30-na keçən gecə Mozel departamentinin Tionvil şəhərində baş verib.
Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toy qeyd etdiyi banket zalına yaxınlaşaraq atəş açıb. Hadisə nəticəsində 4 nəfər ağır güllə yarası alıb. Hamilə qadın da yüngül xəsarətlə şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Xəsarət alan qonaqlardan birini xilas etmək mümkün olmayıb.
Silahlı basqınçılar qaçıblar. Onların kimliyi və motivləri barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:54 / 30.06.2024
Fransada naməlum şəxslər toyda atəş açdı: Ölən və yaralılar var
Hazırda oxunan: Fransada naməlum şəxslər toyda atəş açdı: Ölən və yaralılar var
Hazırda oxunan: Fransada naməlum şəxslər toyda atəş açdı: Ölən və yaralılar var
199784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.