Vətən Müharibəsi şəhidi, 8 aydan sonra nəşi tapılan Yusifov Əli Süləddin oğlu son mənzilə yola salınıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
MÖVZU İLƏ BAĞLI:
İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi ailəsinə təhvil verildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Daha sonra şəhidin nəşi Şərur rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Bizim.Media