Bakıda baş verən qətllə bağlı cinayət işi BAŞLANIB

Bakıda baş verən qətllə bağlı cinayət işi BAŞLANIB

Hazırda oxunan: Bakıda baş verən qətllə bağlı cinayət işi BAŞLANIB

199198

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Nərimanov rayon prokurorluğu məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bakıda gənc oğlan güllələndi - VİDEO 


Bildirilib ki, araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO