Tibb Universitetinin professoru vəfat etdi - FOTO

Tibb Universitetinin professoru vəfat etdi - FOTO

Hazırda oxunan: Tibb Universitetinin professoru vəfat etdi - FOTO

198936

Azərbaycan Dövlət Tibb Universitetinin professor Zöhrab Qarayev vəfat edib. 

Bizim.Media xəbər verir ki, 79 yaşlı professor ötən axşam dünyasını dəyişib.

Xatırladaq ki, Zöhrab Qarayev  25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 

1961–1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultısində təhsil alıb. 1966-cı ildən Laçın rayonu Alxaslı kəndində həkim stomatoloq və 1967–1968-ci illərdə Minkənd xəstəxanasının baş həkimi işləyib.

O, 1985-ci ildə müsabiqə yolu ilə ADTİ-nun ortepedik stomatologiya kafedrasında assistent, 1987-ci ildə dosent vəzifəsinə seçilib, 2005-ci ildən isə həmin kafedranın professoru olub. 

Uzun illər Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsinin dekanı vəzifəsində işləyib.

2004-2007 ci illərdə ATU-nin stamotoloji klinikasının direktoru vəzifəsində işləyib.

2000-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb.

Professor 160-dan çox elmi işin, o cümlədən 1 monoqrafiya, 6 dərslik və dərs vəsaiti, 8 metodik vəsait və 5 səmərələşdirici təklifin müəllifidir. Elmi işləri Azərbaycanda və xaricdə çap olunub.

Müxtəlif xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Avstriya, İsveç, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayina, Sinqapur, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan, Tayland və digər ölkələrdə keçirilən konqress və sinpoziumlarda iştirak və çıxışlar edib.

Z.Qarayev 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar həkim” fəxri adı verilib. 

Mərhum professor bu gün Goradil qəbiristanlığında torpağa tapşırılacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO