“Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT

“Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT

Hazırda oxunan: “Neftçi”də baş icraçı direktor postuna YENİ TƏYİNAT

198918

“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. 

“Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin vitse-prezident vəzifəsini tutub.

Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik C.Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Bununla yanaşı, “Neftçi”nin yeni Müşahidə Şurası təsdiqlənib. 

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO