SON DƏQİQƏ! Cəbrayılda sursat partladı – Ölən və xəsarət alanlar var  

SON DƏQİQƏ! Cəbrayılda sursat partladı – Ölən və xəsarət alanlar var  

Hazırda oxunan: SON DƏQİQƏ! Cəbrayılda sursat partladı – Ölən və xəsarət alanlar var  

198289

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir.

Məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib. 
Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO