Ukrayna Silahlı Qüvvələri PUA-larla Rusiyanın Krasnodar diyarına kütləvi hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Temryuk, Yeisk və Severski rayonları hücuma məruz qalıb. PUA hücumu nəticəsində bir qazanxana işçisi ölüb, azı 4 nəfər isə xəsarət alıb.
Krasnodarın “Yujnıy” avtovağzalının ərazisinə dağıntıların düşməsi nəticəsində bir neçə avtobus və stansiya binasına ziyan dəyib. PUA-lardan biri İlsk rayonundakı neft bazasının ərazisinə düşüb və yanğın baş verib.
Bizim.Media