“Sabah”ın “Makkabi” ilə səfər oyunu Macarıstanda KEÇİRİLƏCƏK

“Sabah”ın “Makkabi” ilə səfər oyunu Macarıstanda KEÇİRİLƏCƏK

Hazırda oxunan: “Sabah”ın “Makkabi” ilə səfər oyunu Macarıstanda KEÇİRİLƏCƏK

198101

"Sabah" Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrail "Makkabi" klubu (Hayfa) ilə ilk oyununu səfərdə keçirəcək.

Bizim.Media xəbər verir ki, "Sabah"ın səfər görüşü İsraildə baş tutmayacaq.

Görüş Macarıstanda təşkil olunacaq.

İsraildə müharibə şəraiti davam etdiyi üçün klubları avrokuboklar görüşünü neytral meydanda keçirməyə davam edir. Artıq İsrail Futbol Federasiyası ilə Macarıstan Futbol Federasiyası arasında razılıq əldə edilib. Belə ki, "Makkabi"dən (Hayfa) savayı "Makkabi"(Tel-Əviv),"Hapoel"(Hayfa) klubları da ev matçlarını Macarıstanda keçirəcək.

Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Sabah” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO