Musiqili Teatrdan çağırış - “Peyvənd olunaq ki, tezliklə görüşə bilək!“ - VİDEO

Musiqili Teatrdan çağırış - “Peyvənd olunaq ki, tezliklə görüşə bilək!“ - VİDEO

Hazırda oxunan: Musiqili Teatrdan çağırış - “Peyvənd olunaq ki, tezliklə görüşə bilək!“ - VİDEO

19779

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti “Peyvənd olunaq ki, tezliklə görüşə bilək!“ çağırışı ilə tamaşaçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, qısametrajlı rolikdə həmişə izdihamlı olan teatrın pandemiya səbəbindən bu gün boş qalan salonu, dəhlizləri əks olunub.

Bu videorolik vasitəsilə COVİD-19 əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

Qeyd edək ki, layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur. Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO