Afaqla Tural AzTV-ni məhkəməyə verdi - VİDEO 

Afaqla Tural AzTV-ni məhkəməyə verdi - VİDEO 

Hazırda oxunan: Afaqla Tural AzTV-ni məhkəməyə verdi - VİDEO 

197595

Aparıcılar Tural Əsədov və Afaq Gəncəli “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-ni (AzTV) məhkəməyə verib.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, buna səbəb onların “Düşən Pullar” layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub.

Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər.

Qeyd edək ki, bir müddət öncə T. Əsədov bununla bağlı “Qapqara” verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi. 

Turala cavab olaraq “Düşən pullar”ın aparıcısı Şəhriyar Əbilov OLAY-a müsahibəsində bölümlərin kanalın təyin etdiyi sıra ilə efirə getdiyini və həmkarlarının yarışdığı proqramın ən yaxşı vaxta saxlanıldığını demişdi.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO