Kürdəmirdə 7 yaşlı uşaq HƏYATINI İTİRDİ – VİDEO 

Kürdəmirdə 7 yaşlı uşaq HƏYATINI İTİRDİ – VİDEO 

Hazırda oxunan: Kürdəmirdə 7 yaşlı uşaq HƏYATINI İTİRDİ – VİDEO 

197306

Kürdəmirdə ailə faciəsi yaşanıb. Vəziyyəti ağırlaşan daun sindromlu 7 yaşlı uşağı valideynləri xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 12 radələrində rayonun Cəyli kəndində qeydə alınıb. 

Belə ki, rayonun Cəyli kənd sakini daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün qəfildən vəziyyəti ağırlaşıb.

Azyaşlının valideynləri onu dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparıblar.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. O elə xəstəxanadaca dünyasını dəyişib. 
Həkimlər azyaşlıya ağciyər çatışmazlığı diaqnozu qoyublar. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda fakt araşdırılır.
 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO