NATO hərbçiləri Azərbaycan Ordusuna kurs keçir - FOTO

NATO hərbçiləri Azərbaycan Ordusuna kurs keçir - FOTO

Hazırda oxunan: NATO hərbçiləri Azərbaycan Ordusuna kurs keçir - FOTO

197145

2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO