İlon Maska daha bir ZƏRBƏ

İlon Maska daha bir ZƏRBƏ

Hazırda oxunan: İlon Maska daha bir ZƏRBƏ

197051

“Space X” və “Tesla” şirkətinin qurucusu, “X” sosial şəbəkə platformasının sahibi, milyonuçu iş adamı İlon Maskın başı dərddədir. 

Bizim.Media xəbər verir ki, Amerikanın “The Wall Street Journal” nəşri İlon Mask haqqında qalmaqallı geniş məqalə dərc edib.  

Nəşrin məlumatına görə, milyarder tabeçiliyində olan işçilərlə cinsi əlaqədə olub.

Belə ki, sahibkarın yaxın olduğu iddia edilən qızlardan biri kollecdə oxuyub və İlonla tanış olanda təcrübəçi olub, lakin Mask tezliklə onu icraçı komandasına işə götürüb və bu sürətli yüksəliş həmkarlarında şübhə doğurub. 

Başqa bir qadının iddiasına görə, Mask dəfələrlə ondan uşaqlarının olmasını istəyib və o, bundan imtina etdikdə müdiri ilə iş münasibəti pisləşib. Maaşını artırılmayıb və Maskın işi ilə bağlı tənqidlərə dözməli olub. 

“WSJ” nəşrin hekayəsi qurbanların dostları və ailə üzvləri, həmçinin “SpaceX”in keçmiş işçiləri də daxil olmaqla 48-dən çox insanla yazışmalar, elektron poçtlar və müsahibələrə əsaslanıb. 

Mask özü jurnalistlərin sorğularına cavab verməyib, lakin “SpaceX” direktoru Qvin Şotvel səs-küylü məsələni şərh edib. O, cinsi qısnama hekayələrinin “SpaceX”də reallığı təhrif etdiyini və şirkətin mədəniyyətini əks etdirmədiyini dilə gətirib. Şotvel bildirib ki, aerokosmik şirkət bütün bu kimi şikayətlərə baxır və onlara operativ reaksiya verir. 

2021-ci ildə keçmiş SpaceX işçiləri artıq şirkətin “cinsi qısnama mədəniyyətinə” malik olduğunu bildiriblər. 
 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO