Balakən şəhərinə içməli suyun verilməsi təmin edildi - FOTO-VİDEO

Balakən şəhərinə içməli suyun verilməsi təmin edildi - FOTO-VİDEO

Hazırda oxunan: Balakən şəhərinə içməli suyun verilməsi təmin edildi - FOTO-VİDEO

197049

Son günlər Balakən rayonunun dağlıq ərazilərinə yağan güclü leysandan sonra Balakən şəhərinə gələn işməli su mənbələrində ciddi problem yaranmışdı. 

Bizim.Media-nın yerli bürosu Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Rayon Suvarma Sistemləri və Su-Kanal İdarələrinin texnika və əməkdaşlarının birgə səyi ilə dağ yollarındakı uçqunlar aradan qaldırılıb. 

Komissiyadan bildirilib ki, Siltikçay su mənbəyinə gedən 8 km-lik yolda əmələ gələn uçqunlar maşın və texnikanın köməyi ilə bərpa olunduqdan sonra yol boyu yıxılan ağac və kötük qırıntıları da təmizlənərək hərəkət tam təmin olunub.

Daha sonra su qəbuledicləri lil və çınqıldan, gətirmələrdən təmizlənməyə başlanılıb. Nəticədə içməli su təminatının bərpası işləri qısa müddətdə başa çatıb və Balakən şəhərinə içməli suyun verilməsi təmin edilib. 

Hazırda rayon ərazisindən axan dağ çaylarında sululuq artsa da sel təhlükəsi gözlənilmir. İçməli su mənbələrində təmizliklər davam etdirilir.  

 

    
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO