“Dağlıq Qarabağ sakinləri üçün öz müqəddəratını təyinetmə və müstəqillik hüququnun reallaşdırılması bir məqsəd deyil, onların təhlükəsizliyinin təminatıdır”.
Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBC telekanalına verdiyi müsahibəsində bildirib:
“Qarabağ erməniləri üçün müstəqilliyin bir hədəf deyil, təhlükəsizliyin, sağ qalmağın, öz həyatlarını qurmağın və inkişafın yeganə qarantı olduğunu anlamaq çox vacibdir və çox məsələ bundan qaynaqlanır” deyə Ermənistan prezidenti həmişəki kimi işğalçılıq siyasətinə don geyindirib.
Sanki əsrlər boyu Qarabağın erməni sakinləri təhlükəsizlik şəraitində yaşamayıb. Azərbaycan ərazilərinə göz dikmək kimi mənfur niyyətlərini sakinlərinin təhlükəsizliyinin təminatı kimi qələmə verən A.Sarkisyan Ermənistanın döyüşmək hünərinin qalmadığını da nəzərə çarpdırıb:
“Dağlıq Qarabağın statusu ilə bağlı son qərar yalnız danışıqlar yolu ilə əldə edilə bilər. ATƏT-in Minsk Qrupunun üç həmsədri - Rusiya, Fransa və ABŞ danışıqlardan ötrü hər cür şərait yaratdı. 26 ildə xoşbəxt uğurlu danışıqlar aparıldı. Gedişat kompromislər və siyasi həllər barədə düşünməyin lazım olduğu bir səviyyəyə çatdı".
"Danışıqlar prossesində artıq siyasi iradə göstərmək və irəliləmək lazım idi. Əgər tərəflərdən hansısa kompromis şərtlərindən narazıdırsa, danışıqları dayandırmaq səhv yoldur. Problemin son həlli variantı hərbi yolla mümkün deyil” deyən işğalçı ölkənin prezidenti hərb yolunda aciz duruma düşdüklərini etiraf edib.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Region
15:13 / 04.11.2020
Ermənistan prezidenti məğlubiyyətlərini etiraf edir
Hazırda oxunan: Ermənistan prezidenti məğlubiyyətlərini etiraf edir
Hazırda oxunan: Ermənistan prezidenti məğlubiyyətlərini etiraf edir
1970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.