Qohum evliliklərinin ləğvi vətəndaş nikahlarının artmasına səbəb olacaq? – Deputatdan AÇIQLAMA 

Qohum evliliklərinin ləğvi vətəndaş nikahlarının artmasına səbəb olacaq? – Deputatdan AÇIQLAMA 

Hazırda oxunan: Qohum evliliklərinin ləğvi vətəndaş nikahlarının artmasına səbəb olacaq? – Deputatdan AÇIQLAMA 

196929

Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Yəni bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha girməsi qadağan edilir. 

Eyni zamanda, rəsmi nikaha girmədən dini nikah bağlayanlar da qanundankənar hesab olunacaq və kəbin kəsdirənlər cərimələnəcəklər. 

Yeni qaydalar Azərbaycanda vətəndaş nikahının artmasına səbəb ola bilərmi?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, ümumiyyətlə, vətəndaş nikahından kənar hansısa nikahın olması mümkün deyil:

“Kiminsə gedib, məhsəb, dini nikah bağlaması hər kəsin öz işidir, amma rəsmi nikah olmadan yolverilməzdir. Yəni bu, qanundankənar sayılacaq və sərt tədbirlər görüləcək. Qohum nikahının qarşısını almaqda məqsəd isə bioloji faktorlardır. Çünki qohum nikahı gələcəkdə xəstəliklərin ortaya çıxmasına əsas amildir. Ona görə də bu kimi məsələlərin tənzimlənməsinə ehtiyac var”. 

Deputat qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və bu prinsiplərdən kənara çıxan hər hansı addıma qarşı da dövlət öz hüquq mexanizmlərini işə salmalıdır:

“Azərbaycanda rəsmi nikahdan başqa bir nikah növü tanınmamalıdır. Kimsə pirdə kəbin kəsdirirsə, bu, onun rəsmi nikahdan sonrakı rituallarıdır, özü bilər. Yəni buna hansısa formada qarışmaq olmaz”.

Nuranə Daxilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO