Baydenin gəlişi ərəbləri niyə sevindirir? - “Al-Arabiya”-nın anti-türk şərhi

Baydenin gəlişi ərəbləri niyə sevindirir? - “Al-Arabiya”-nın anti-türk şərhi

Hazırda oxunan: Baydenin gəlişi ərəbləri niyə sevindirir? - “Al-Arabiya”-nın anti-türk şərhi

1968

Amerika xalqı özünün 46-cı prezidentini seçir. Dünyanın tanınmış siyasi ekspertləri isə demokratların lideri, sabiq vitse-prezident Co Baydenin Ağ evə gələcəyi təqdirdə kiminçün qara, kiminçün ağ günlər vəd etdiyini proqnozlaşdırmağa çalışırlar.

Əsas fərziyyələr Yaxın Şərq istiqaməti üzrə irəli sürülür.

Siyasi şərhçi Hüseyn Əbdül-Hüseyn “Əl-Ərəbiya” telekanalının saytında yazır ki, Bayden, “böyük ehtimalla, Fars körfəzində, İraqda, Livanda, İsraildə və Misirdə  ikipartiyalı siyasəti dəstəkləyərək, Obamanın və Trampın ardınca gedəcək”.

Bununla yanaşı, şərhçi ehtimal olunan demokrat-prezidentdən regionun iki gücü olan İrana və Türkiyəyə qarşı münasibətdə müəyyən dəyişikliklər gözləyir.

"Co Bayden İran və Türkiyəyə münasibətdə Donald Trampın Yaxın Şərq siyasətindən uzaqlaşacaq. O, çətin ki, İrana və Türkiyəyə qarşı olan “maksimal təzyiq”i davam edə."

Bayden ABŞ-ı nüvə sazişinə ( 2015-də imzalanmış, ABŞ-ın 2018-də tərk etdiyi) qaytarmağa cəhd edəcək. Hərçənd Trampın İrana qarşı tətbiq etdiyi əksər sanksiyalar onun nüvə proqramı ilə yox, Vaşinqtonun versiyasına görə, İslam Respublikasının Yaxın Şərqdə “sabitliyi pozan fəaliyyəti” ilə əlaqədardır. Trampın “nüvə ilə bağlı olmayan” sanksiyaları Baydenin “nüvə” sanksiyalarını ləğv edə bilər, deyə Əbdül-Hüseyn hesab edir.

Türkiyəyə gəlincə, “Ankaranın Vaşinqtonda dostu yoxdur”, deyə o, qeyd edir.

Ərəb ekspertin hadisələrə şəxsi mövqeyindən yanaşması, onun İrana, Türkiyəyə, xüsusən Rəcəp Tayyip Ərdoğanın şəxsinə qarşı qərəzli yanaşması yazıda diqqəti cəlb etməyə bilmir. 

“Ərdoğan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini almaqla, Vaşinqtona və NATO-ya tüpürmüş oldu”, - deyə ərəb siyasi şərhçi yazır."

"Co Bayden prezident kürsüsünə oturduğu təqdirdə Türkiyə ilə münasibətlərdə keçmişin hesabını sormadan gələcəyə keçid etməyəcəkl. Avropa ilə Türkiyə arasında ABŞ-ın xətti ilə hesablar çözülə bilər, bu da Ankaraya Avropa Şurası ilə problemlər yaradar”.

Hələ avqustun 16-da Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ prezidentliyinə namizəd Co Baydenin qalmaqallı çıxışlarına cavab olaraq “ABŞ yox, yalnız türk xalqı öz hökumətini dəyişmək barədə qərar qəbul edə bilər” deyə bildirmişdi. O, qeyd etmişdi ki, Baydenin seçiləcəyi təqdirdə Ərdoğanı “devirmək” məqsədilə Türkiyə müxalifətinə dəstək olmaq vədləri “cahilcə və türk xalqını görməzdən gələrək” söylənib.

Qeyd edək ki, Bayden bu “vədini” hələ ötən ilin dekabr ayında “The New York Times”-a müsahibəsində demişdi, lakin müsahibənin videosu bu il, avqustun 15-də sosial şəbəkələrdə üzə çıxmış və və böyük rezonans doğurmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO