Bakıda ev qiymətinə üzük satılır.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, 11 qram olan üzüyün üzərində təbii əqiq qaşı olduğu bildirilib.
Üzük alıcılara 85 000 manata təklif olunur.
Qeyd edək ki, əqiq daşına çox nadir rast gəlinir. Azərbaycanda əqiqin əsasən Kiçik Qafqazın şimal-şərq dağətəyi hissəsində yerləşən 20-dən artıq yataq və təzahürü məlumdur. Əqiq yataqları Göygöl, Gədəbəy, Qazax, Qubadlı rayonlarında yerləşir.
Göstərilən rayonlardan əlavə bir sıra əqiq təzahürləri Şəmkir, Cəbrayıl rayonlarında da məlumdur. Əqiq həmçinin Laçın, Kəlbəcər rayonlarında və bəzi digər məntəqələrdə də aşkar edilib.
Əqiq daşı xoşbəxtlik daşı, uğurun simvolu kimi də tanınır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:24 / 11.06.2024
Bakıda fantastik qiymətə üzük satılır - FOTO
Hazırda oxunan: Bakıda fantastik qiymətə üzük satılır - FOTO
Hazırda oxunan: Bakıda fantastik qiymətə üzük satılır - FOTO
196736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.