Kristina Orbakayte təhqirlərə cavab verdi – VİDEO 

Kristina Orbakayte təhqirlərə cavab verdi – VİDEO 

Hazırda oxunan: Kristina Orbakayte təhqirlərə cavab verdi – VİDEO 

196733

Rusiyanın Əməkdar artisti Kristina Orbakayte sosial şəbəkələrdə haqqında yazılan xoşagəlməz və təhqir dolu şərhlərə cavab verib. 

Bizim.Media xəbər verir ki, 53 yaşlı sənətçi “Instagram” hesabında videomüraciət yayımlayaraq “heyterlərə” (pis niyyətli insanlar – red.) cavab verib. 

“Ətrafımda elə qeyri-sağlam maraq var ki, istənilən bloger belə “PR”a həsəd aparar. Yaxşı, məni sevməyənlərə, sevməyi dayandıranlara, demək istəyirəm ki, mənim çoxlu yaradıcı planlarım var, heç vaxt uğursuzluğa düçar olmamışam. Uzun müddətdir ki, qarşıma çıxan çirkinliklərə qarşı immunitetim var. Qarşılaşdığım çirklərə qarşı çoxdan immunitet qazanmışam və o, mənə yapışmır. Minnətdar dinləyicilərimə oxuyacaq və deyəcək sözüm olub və olacaq. Hamınızı qucaqlayıram, sülh və yaxşılıq arzu edirəm”, - deyə Orbakayte vurğulayıb. 

Qeyd edək ki, Kristina Orbakayte əri Mixail Zemtsov və qızı Klaudiya ilə 2023-cü ilin qışının sonundan Nyu-Yorkda yaşayır və bu yaxınlarda konsertlərinin kütləvi şəkildə ləğvi ilə üzləşib.
Bu ilin mart ayında Orbakaytenin Beynəlxalq Qadınlar Günü şərəfinə Kreml Sarayında konsertdə iştirakı ləğv edilib və bu, son anda məlum olub.

Kristinanın anası, Xalq artisti Alla Puqaçova isə öz növbəsində Rusiya hökumətinin hərəkətlərinə qarşı açıq şəkildə çıxış edən, ölkəsində “xarici agent” statusu alan əri Maksim Qalkini dəstəkləyir. Onlar uşaqları ilə birgə hazırda İsraildə yaşayırlar. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO